“...Sanksiyaların genişlənməsi fonunda rublu heç yaxşı günlər gözləmir”.

Rubl yenidən ucuzlaşdı. Rusiya milli valyutasının rəsmi məzənnəsi son 10 gündə ABŞ dollarına nisbətən 57.5 kursundan 64.0-dək dəyişib. Bu o deməkdir ki, rubl yalnız son 10 gündə 11.0 faiz dəyər itirib.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat rublun getdikcə dəyərini itirməsini Aİ-nin sonuncu sanksiyalar paketi və Krım körpüsünün partladılması fonunda baş verməsinə diqqət çəkib.

 “Rublun ucuzlaşması Avropa İttifaqının 8-ci sanksiyalar paketini təsdiq etməsi və Krım körpüsünün partladılmasından sonra Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi daha artırmaqdadır.

Aydındır ki, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterlizasiya metodları ilə müəyyənləşsə də bazardakı tələb və təklif də təsirsiz deyil. Rusiyada ölkədən valyuta çıxarışı məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edirdi. Eyni zamanda, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb”, -deyə o, bildirib.

İqtisadçı rublun gələcək taleyi barədə heç də nikbin proqnoz verməyib.

 Vüqar Bayramovun sözlərinə görə, rubl 2023-cü ildə daha da ucuzlaşacaq.

 “Rublun son dəyərsizləşləşmələri ilə yanaşı, Rusiya valyutasının dollara nisbətən gələn ildən daha çox ucuzlaşması gözləntiləri yüksəkdir. Bir tərəfdən, biznes yeni bazarlar, Rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və tursit səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə dollara tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək.  Deməli, də sanksiyaların genişlənməsi fonunda rublu heç yaxşı günlər gözləmir”, - deyə Vüqar Bayramov açıqlayıb.

Qeyd edək ki, analitiklərin  proqnozuna görə, bu ay dolların məzənnəsi 60-65 rubl civarında qalmağa çalışacaq, eyni zamanda məzənnə 60 rubldan bir az aşağı da düşə bilər.

Həmçinin,  bildirilir ki, neftin qiyməti bahalaşarsa, bu, rublun enişə doğru getməsinin də qarşısını alar.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN