Bu ilin may ayından indiyədək Rusiyanın böyük marketlər şəbəkəsinə malik olan  “X5 Group” şirkəti

Azərbaycanın “Aznar”, “Aqroazərinvest”, “Göygöl Şərab”, “Abşeron Şərab” və “TAC” şirkətləri ilə nar şirəsi, şərab və alkoqolsuz içkilərin Rusiyaya ixracı ilə bağlı müqavilələr imzalayıb. Artıq bir neçə müqavilə üzrə ixraca da başlanıb.

Müqavilələrin imzalanması İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-un dəstəyi ilə baş tutub.

Xatırladaq ki, “X5 Group” Rusiyada ən yaxşı dünya təcrübələrinə uyğun müasir pərakəndə satış şirkəti qurmaq təşəbbüsü ilə  25 ildən çox əvvəl yaradılmışdır. 1995-ci ildə ilk "Perekryostok", 1999-cu ildə ilk "Pyaterochka" açılıb.

30.06.2022-ci ilə olan statistik məlumata görə, şirkətin 19 779 mağazası, 325 min əməkdaşı var.

Hər gün mağazalarında 16 milyonadək insan alış-veriş edir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN