Ermənistanın 2023-cü il dövlət büdcəsi layihəsi yaxın vaxtlarda parlamentin müzakirəsinə çıxarılacaq və ayırmaların artırılmasında prioritet daha çox müdafiəyə veriləcək.

Beləki, Ermənistan müdafiə xərclərini təxminən 47% artıracaq.

Bu barədə ölkənin Maliyyə Nazirliyi bildirib.

 Ermənistan KİV-nin məlumatına görə,  müdafiənin inkişafı üzrə xərclər də 30%-ə yaxın artıb, baxmayaraq ki, onlar mütləq şəkildə az miqdarda (6,9 milyard dram və ya hazırkı məzənnə ilə təxminən 17 milyon dollar) qalır.

Əhalinin sosial müdafiəsi ilə bağlı xərclər də təxminən 10 faiz artacaq, o cümlədən pensiyaların artırılması, eləcə də gənc ailələrə uşaqların qayğısına qalmasına və mənzil almasına kömək etmək üçün xərclər.

Ölkənin Maliyyə Nazirliyi əlavə edib ki, təhsilə ayrılan xərclər 10%, elmə ayrılan xərclər isə təxminən 20% artacaq.

Qeyd edək ki, Azərbaycanın Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin ötən ay keçirilən iclasında 2023-cü il dövlət büdcəsi layihəsi barədə ümumi məlumat verib.

 Baş nazir büdcə gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulduğunu qeyd edib.

İclasda qeyd edilib ki, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox nəzərdə tutulub.

Həmçinin ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman əsas xərc istiqamətlərindən biri olacaqdır. Bu istiqamətdə isə gələn ilin büdcəsində 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulub.

Bundan əlavə, dövlət büdcəsində Strategiya ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsaitin ayrıldığı bildirilib.

Eyni zamanda, dövlət baçşısının tapşırıqlarına əsasən, kənd təsərrüfatının inkişafının Hökumət üçün əsas prioritetlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, 2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üzrə büdcə xərcləri cari illə müqayisədə 20,5% çoxdur.

İclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsaitin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 2,7 mlrd. dollar artaraq təxminən 56 millyard dollara yaxındır və birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN