Maraqlıdır ki, bu ilin iyun-iyul aylarında 30-dan çox ölkə Ukrayna taxılının alıcılarının siyahısını tərk edib.

Teadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bunu BMT-nin Comtrade platformasının məlumatları sübut edir. Əvvəl dərc edilmiş məlumatlara görə, iqtisadiyyatları inkişaf etmiş ölkələr 2022-ci ilin iyun-iyul aylarında Ukrayna taxılının əsas alıcıları olub və bütün tədarüklərin 81%-ni təşkil edib. Sitat: "Bu dövrdə tədarüklərin həcmi 43% azalıb. Belə ki, bazarlara bir il əvvəlki 1,3 milyard dollara qarşı 771 milyon dollarlıq məhsul ixrac edilib. Bunun fonunda alıcıların siyahısını - Albaniya, Banqladeş, Braziliya, Qvatemala, Honduras, Gürcüstan, Danimarka, Cibuti, Hindistan, İordaniya, İran, Yəmən, Kanada, Konqo, Kosta Rika, Mavritaniya, Madaqaskar, Namibiya, Nigeriya, Yeni Zelandiya, Oman, Pakistan, Palau, El Salvador , Səudiyyə Ərəbistanı, Sinqapur, ABŞ, Tanzaniya, Trinidad və Tobaqo, Monteneqro, Şri-Lanka, Efiopiya və Yaponiya tərk edib. Eyni zamanda, ötən yay Ukrayna da yeni tərəfdaşlar - Latviya, Lüksemburq, Seyşel adaları, Slovakiya, Sloveniya, Finlandiya və Estoniyanı cəlb edib. Onlar iyun-iyul aylarında bütün satışın 3%-ni təşkil edən 2,3 milyon dollarlıq taxıl alıblar".

Türkiyənin müdafiə naziri Hulusu Akar isə dünən CNN-Türk-ə açıqlamasında bildirdi ki, indiyədək 7 milyon tonadək taxıl artıq gəmilərə yüklənib, təhlükəsiz danışmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN