Cari il ərzində də alış-veriş zamanı narazı qalan istehlakçıların AİBNDX-nə şikayətləri daxil olub. 

Beləki, 2022-ci ilin ilk 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 4220 müraciətə baxılıb.

Dövlət Xidmətinin məlumatına görə, müraciətlərin 61%-i malların qüsurlu və keyfiyyətsiz olmasına, 3%-i müqavilə şərtlərinin pozulmasına, 19%-i digər istehlakçı hüquqlarının pozulmasına, 16%-i istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına, 1%-i istehlakçılara zəruri və düzgün məlumatların verilməməsinə dair olub.

Nəticədə 249 min 936 manat istehlakçılara qaytarılıb, 17 min 763 manat dəymiş ziyan ödənilib.

***

Qeyd edək ki, belə hallarda hüququ pozulan istehlakçının mal aldığı yerə yaxınlaşıb həmin şirkətə, yaxud  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət etməli olduğu bildirilir.

Şikayətçinin məhkəməyə müraciət etmək hüququ da var.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.

Hər il martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü kimi qeyd edilir. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN