Cari ilin 9 ayı ərzində qazaxıstanlılara 2,2 trilyon tengedən çox pensiya ödənilib.

Bu barədə Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölkədə pensiya ödənişlərinin orta məbləği (baza pensiya ödənişi nəzərə alınmaqla) oktyabrın 1-nə 109 171 tenge (393.18 AZN manatı) təşkil edib.

Qazaxıstanda 2018-ci il iyulun 1-dən dövlət bazası pensiya ödənişi pensiya sistemində iştirak stajı nəzərə alınmaqla hər bir şəxsə fərdi qaydada təyin edilir.

Qeyd edək ki, Qazaxıstanda əhalinin sayı 19 milyondan yuxarıdır və 2022-ci il oktyabrın 1-nə olan statistik məlumatlara görə, ölkədə pensiyaçıların sayı 2 milyon 261 min nəfər təşkil edir.

10 milyondan çox əhalisi olan Azərbaycanda Statistika Komitəsinin cari il iyulun 1-ə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 159,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 11,5 faizini təşkil edir. Onların 60,5 faizi yaşa, 26,6 faizi əlilliyə, 12,9 faizi ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9, cari ilin əvvəli ilə müqayisədə isə 10,9 faiz artaraq 368 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 44,5 faizinə bərabər olmuşdur.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN