"JPMorgan Chase" "First Republic Bank"nın bütün depozitlərini, faktiki olaraq bütün aktivlərini aldı.

ABŞ-ın "First Republic Bank"ı (FRB) Kaliforniya Maliyyə Mühafizəsi və İnnovasiya Departamenti (DFPI) tərəfindən Federal Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) təhvil verilib. Eyni zamanda, bu korporasiya bankın depozitlərini və aktivlərini almaq üçün "JPMorgan Chase"dən müraciəti qəbul edib.

Bu barədə Tezadlar.az xarici mətbuata istinadən xəbər verir.

Məqsəd əmanətçiləri qorumaqdır.

FDIC-in açıqlamasında qeyd edilib ki, aprelin 13-nə FRB-nin aktivləri 229,1 milyard dollar və əmanətləri 103,9 milyard dollar olub. Satınalma şərtlərinə əsasən, səkkiz ştatda 84 FRB filialı JPMorgan Chase xidmət mərkəzləri olaraq yenidən açılacaq.

Bakı vaxtı ilə saat 12.06-a olan məlumata görə, First Republic Bank-ın səhmləri 34,47% ucuzlaşaraq 2,3 dollara düşüb.

"First Republic Bank"ın səhmləri bank sektoru ilə bağlı narahatlıqlar səbəbindən mart ayından yenidən ucuzlaşıb. Fevralın sonunda bankın səhminin qiyməti təxminən 123 dollar idi.

marja

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN