Sənaye qazının istehlakının azalması ilə əlaqədar olaraq özəl qaz istehsalçıları resursu anbarlarda toplamaq məcburiyyətindədirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Forbes”in məqaləsində deyilir.

Qeyd olunur ki, müharibə səbəbindən özəl istehsala yönəlmiş sənaye qazının istehlakı 40-50% azalıb.

Ukrayna Qaz İstehsalçıları Assosiasiyasının icraçı direktoru Artem Petrenko qeyd edib ki, ötən il özəl şirkətlər tərəfindən hasil edilən qazın hər üç kubmetri satılmayıb.

Belə bir şəraitdə özəl biznes hasilatı azaltmağa məcbur olub və 2022-ci ilin sonuna özəl istehsal 16% azalaraq 4,2 milyard kubmetrə düşüb.

Fərdi ticarətçilər satılmayan qazı yeraltı anbarlara vurmağa məcburdurlar. Assosiasiyanın məlumatına görə, mart ayı ərzində yeraltında 10 milyard kubmetrə yaxın qaz olub ki, bunun da 16%-i özəl istehsalatdır. Pul ifadəsində bu, Ukrayna qiymətləri ilə təxminən 550 milyon dollar və ya Avropa qiymətləri ilə 688 milyon dollardır.

Xatırladaq ki, Radanın Energetika və Kommunal Təsərrüfatlar Komitəsinin sədri Andriy Gerus qaz və kömür ixracını bərpa etməyi təklif etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN