Bu ilin yanvar-iyun aylarında Ukraynaya 8,641 milyon dollar dəyərində 12,476 min ton kartof idxal edilib.

“TEZADLAR.AZ” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin Dövlət Gömrük Xidmətinin hesabatında istinadən yazır.

Bildirilir ki, cari ilin birinci yarısında ən çox kartof tədarükü Yunanıstandan həyata keçirilib. Belə ki, bu ölkənin qeyd olunan məhsul kateqoriyası üzrə idxalda payı 27,29 faiz təşkil edib ki, bu da dəyər ifadəsində 2,23 milyon dollara bərabərdir.

Hesabat dövründə Rumıniyadan 1,034 milyon dollar (12,66 faiz), Azərbaycandan isə 970 min dollar (9,67 faiz) dəyərində kartof tədarük edilib.

Qanunvericiliyin Avropa tələblərinə uyğunlaşdırılmaması səbəbindən Ukrayna kartofunun Avropa bazarına çıxarılması qadağandır. Bununla yanaşı, Ukrayna ənənəvi satış bazarlarını itirməyib və 19,854 min ton kartof ixracından 11,251 milyon dollar gəlir əldə edə bilib ki, bunun da 50,7 faizi Bolqarıstana, 39,7 faizi Azərbaycana, 9,05 faizi Moldovaya ixrac edilib.

 

 

 

vergiler.az

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN