“Həyata keçirilən tədbirlər nəticəsində ilin birinci yarısında inflyasiya illik ifadədə 14,6%-ə qədər azalıb”.

***

Hökumətin iclasında Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov inflyasiyanın 2 dəfə azaldılması və strateji investorların cəlb edilməsi üzrə işlərin gücləndirilməsi barədə göstəriş verib.

Bu barədə Qazaxıstan mediası məlumat yayıb.

 Baş nazirin sözlərinə görə, dövlət qurumlarının birinci şəxsləri iqtisadiyyatın şaxələndirilməsi və daimi iş yerlərinin yaradılması istiqamətində səylərini gücləndirməlidirlər.

 "İnvestisiyalar uğrunda qlobal rəqabət aparıldığı şəraitdə strateji investorların cəlb edilməsi işini gücləndirmək lazımdır. Onların hər biri ilə qarşılıqlı fəaliyyətin hər bir mərhələsində birbaşa işlənməlidir. Nazirliklər və regionların akimlikləri bu istiqamətdə fəal işi davam etdirməlidirlər”, -deyib.

Həmçinin o, diqqətə çatdırıb ki, digər vacib vəzifə isə qiymət artımlarının qarşısını almaqdır.

Baş nazir vurğulayıb ki, Qazaxıstanda həyata keçirilən tədbirlər nəticəsində ilin birinci yarısında inflyasiya illik ifadədə 14,6%-ə qədər azalıb.

 Smailov inflyasiya dərəcəsinin azaldılması məsələsinin prioritet olduğunu da vurğulayıb.

"Bizim qarşımızda bu il inflyasiyanın 2 dəfə azaldılması vəzifəsi durur. Bunun üçün koordinasiyalı və qabaqlayıcı tədbirlər tələb olunur. Ticarət Nazirliyi maraqlı dövlət qurumları ilə birlikdə inflyasiyanın nəzərdə tutulan həddə düşməsini təmin etməlidir", - deyə nazirliyin rəhbəri bildirib.

 Həmçinin Əlixan Smailov Kompleks özəlləşdirmə planının yüksək keyfiyyətlə həyata keçirilməsinin vacibliyini də önə çəkib ki, bu da gələcəkdə respublika iqtisadiyyatında dövlətin payını ÜDM-də 14,4 faizə qədər azaldacaq.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN