2023-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 181,4 milyon manat həcmində vergi daxil olub.

TEZADLAR.AZ DVX-ya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 41,6 faiz və ya 2,7 milyard manat artıb.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 5,2 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz və ya 801,3 milyon manat artım deməkdir.

Qeyd olunan dövrdə sosial ödəmələr üzrə daxilolmalarda da artım qeydə alınıb. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,5 milyard manatdan çox olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artıb.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz, icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17,2 faiz artıb.

Bu müddətdə aktiv vergi ödəyicilərinin sayında da müsbət dinamika müşahidə olunub. İyul ayının 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,4 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 7,6 faiz, aktiv obyektlərin sayı isə 4,4 faiz artıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN