Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsü ərzaq böhranının qarşısını aldığı üçün tarixə düşüb.

Tezadlar.az xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, Ankara razılaşmanın son ana qədər uzadılması üçün səy göstərib.

Ərdoğan Fars körfəzi turundan qayıtdıqdan sonra Rusiya prezidenti Vladimir Putinlə danışıqları səbirsizliklə gözlədiyini də bildirib. Eyni zamanda, Türkiyə rəhbəri Rusiya lideri ilə söhbətdən sonra avqustun sonuna qədər taxıl müqaviləsinin bərpa olunacağını istisna etməyib.

Bundan əvvəl Rusiya Qara dəniz təşəbbüsünün dayandırılması ilə bağlı Türkiyə, Ukrayna və BMT-ni xəbərdar edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, nazirlik yaxın vaxtlarda Moskvanın mövqeyini əks etdirən bəyanat dərc edəcək.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Qara dəniz təşəbbüsü ilə bağlı razılaşmaların dayandırıldığını açıqlamışdı. O qeyd edib ki, razılaşmaların Moskva ilə bağlı hissəsi yerinə yetirilməyib.

Öz növbəsində, Vladimir Putin vurğulayıb ki, Rusiya Federasiyası Moskvanın şərtləri yerinə yetirildiyi anda müddətin uzadılmasına razı olacaq. İyulun 15-də BMT-nin Koordinasiya Mərkəzi bütün fəaliyyəti dövründə taxıl təşəbbüsü çərçivəsində Rusiya gübrələri olan bir gəminin də göndərilmədiyini etiraf edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN