Türkiyə ərzaq böhranından qaçmaq üçün taxıl müqaviləsinin uzadılmasına maneələri aradan qaldırmaq üçün Qərblə dialoqu davam etdirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli mətbuat Ankaradakı mənbəyə istinadən məlumat yayıb.

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğan dünən dedi ki, səylərimiz davam edəcək. Ehtiyacı olan ölkələrdə ərzaq böhranının yaşanmaması üçün taxıl müqaviləsinin öz işini davam etdirməsi üçün bütün maneələr aradan qaldırılmalıdır”, - mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, Ankara Qərb ölkələri ilə danışıqların gedişində bu məsələdə irəliləyişə ümid edir.

Xatırladaq ki, iyulun 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl sövdələşməsinə dair razılaşmaların dayandırıldığını elan edib. O qeyd edib ki, bu Qara dəniz təşəbbüsünün Rusiyaya aid hissəsi indiyədək həyata keçirilməyib.

Rusiya Xarici İşlər Nazirliyi taxıl müqaviləsinin başa çatması ilə əlaqədar Qara dənizdə təhlükəsizlik zəmanətlərinin geri götürüləcəyini, şimal-qərb sularında müvəqqəti təhlükəli ərazi rejiminin bərpa olunacağını, İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin ləğv ediləcəyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN