İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti (QSC) gələn ildən fəaliyyətini Ağdam Sənaye Parkında davam etdirəcək.

TEZADLAR.AZ xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir deyib.

Onun sözlərinə görə, hazırda 100-dən artıq çeşiddə məhsul istehsal edən QSC Ağdam Sənaye Parkında investisiya həcmi 40,5 milyon manat olan tütün məmulatları müəssisəsi yaradacaq, 300 nəfəri işlə təmin edəcək: “Əsas məqsədimiz ən qısa müddətdə Ağdam Sənaye Parkında müasir standartlara uyğun yeni müəssisə inşa etmək, tütün məmulatlarının istehsalını Sumqayıtdan Ağdama köçürməkdir. İstehsalla əlaqədar 300-dək əməkdaşımızın Ağdama köçürülməsi nəzərdə tutulur”.

E.Cavanşir qeyd edib ki, bu layihə “Made in Qarabag” brendinin də təşviqinə imkan verəcək. Qarabağ iqtisadi rayonunda iqtisadi fəallığın təmini məqsədilə ilkin olaraq 500 hektar ərazidə tütün əkini planlaşdırılır. Layihənin davamı kimi 17 müasir istixana, 100 tütünqurutma kamerası, eləcə də inzibatı və anbar binası inşa ediləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN