2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq.

Dövlət Statistika Komitəsinin bu gün yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb.

TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

 O, diqqətə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10.8 faizə indeksasiya ediləcəyini proqnozlaşdırır.

 Vüqar Bayramovun sözlərinə görə, orta əmək haqqındakı artım faizi fevral ayında dəqiq bilinəcək və  onun illik artım faizinə uyğun olaraq da pensiya artımları olacaq.

 “Bu o deməkdir ki, fond 2023-cü ilin orta aylıq əmək haqqı məbləğində məhz bu qədər artımın qeydə alınacağını gözləyir. Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq əmək haqqısındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta aylıq əmək haqqındakı rəsmi artım aylıq olaraq 11 faizdən çox olub. Bununl yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq. Həmin zaman orta aylıq əmək haqqında illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq”, - deyə o vurğulayıb.

***

 Odur ki, gözü yolda olan pensiyaçılar fevraladək səbr etməli olacaqlar. Çünki hazırda pensiyaçıları uzun zamandır gözlədikləri artım faizləri düşündürür.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA