2023-cü ildə Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi illik ifadədə 7% artaraq 1 milyard 515,98 milyon ABŞ dollarına çatıb.

Tezadlar.az Gürcüstan Milli Statistika İdarəsinin hesabatına istinadla bildirir ki, ötən il Gürcüstan Azərbaycandan 653,911 milyon dolları dəyərində mal və məhsullar idxal edib. Bu göstərici 2022-ci illə müqayisədə 2,1% çoxdur. 2023-cü ildə Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 4,2%-ni təşkil edib. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 28,2% artaraq 862,070 milyon dollara çatıb. Beləliklə, ötən il Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsində 208,158 milyon dollarlıq müsbət saldosu olub. Qeyd edək ki, 2022-ci ildə Gürcüstanın Azərbaycanla xarici ticarətdə 32,306 milyon dollarlıq mənfi saldosu olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA