Yanvarın 26-na keçən gecə Estoniya ilə Finlandiya arasında “EstLink 2” enerji körpüsünün istismarında nasazlıq baş verib.

Bu barədə BNS agentliyi xəbər verir.

Enerji birləşməsinin operatoru olan “Elering” enerji şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Təşkilat vurğulayıbı ki, Estoniyaya elektrik enerjisi tədarükünün təhlükəsizliyinə zəmanət verilir. Cümə gününün sonuna qədər operator “EstLink 2” vasitəsilə tədarük edilməli olan enerjinin miqdarını kompensasiya etmək üçün regionda ehtiyat gücündən istifadə edəcək. Əgər nasazlığın aradan qaldırılması daha uzun sürərsə, yanvarın 27-dən etibarən pulsuz generatorlardan istifadə olunacaq. .

“EstLink 2” Estoniya və Finlandiyadakı konvertor yarımstansiyalarından, həmçinin uzunluğu 170 km-dən çox olan birbaşa cərəyan xəttindən ibarətdir. Bu xəttin təqribən 12 km-i yerüstü kabel kimi Estoniyada, digər 147 km-i Finlandiya körfəzinin dibi boyunca, qalan 14 km-i isə Finlandiyada hava xətti kimi keçir.

​​​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA