Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək.

Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək.

 Bəs, bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaqmı?

“TEZADLAR.AZ” xəbər verir ki, sualı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırıb.

 O, qeyd edib ki, sosial şəbəkə vasitəsi ilə ona ünvanlanan sualların biri də məhz budur.

Vüqar Bayramovun sözlərinə görə, 2023-cü ilin son günü də daxil olmaqla həmin dövrdə pensiyaya (əmək) çıxmış şəxslərin hamısının pensiyaları artırılacaq, lakin bu artım bu ilin yanvar ayından pensiyaya çıxanlara şamil edilməyəcək.

İqtisadçı vurğulayıb ki, yanvar ayında pensiyaya çıxmış pensiyaçıların pensiya məbləği 2025-ci ilin əvvəlində indeksləşdirilərək artırılacaq.  

 

““Əmək Pensiyaları” haqqına Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Ötən ilin yekun əmək haqqı artımının 11.0 faizə yaxın olacağı gözlənilir.

Bununla yanaşı, bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.

Bu isə o deməkdir ki, yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-cü ildə indeksləşdiriləcək. O zaman bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq”, - deyə iqtisadçı-ekspert izah edib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA