2023-cü ilin yekununda Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisiti 10 milyard ABŞ dollarına yaxın olacaq.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, ortamüddətli dövrdə - 2024-2025-ci illərdə isə CƏB-də 7 milyard ABŞ dolları profisit proqnozlaşdırılır.

T.Kazımov ötən il manatla pul bazasının ümumilikdə 19,6 faiz artdığını deyib. Bunun da 14.6 faiz bəndi dekabrda baş verib. Mərkəzi Bank bəyan edib ki, pul siyasəti alətləri pul siyasətindən kənar avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılması və faiz ötürücülüyünün gücləndirilməsinə xidmət edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA