Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda paytaxtın Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb. Onun üzərindən “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. Dindirmə zamanı N.Vəliyev qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.

 Davam etdirilən tədbirlərlə həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib.

***

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd "AK-74" markalı avtomat, "Karabin", "F-1" əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.

***

Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllü polisə təhvil verib.

***

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şıx çimərliyi ərazisində bir qadına məxsus içərisində mobil telefonu olan çantanı oğurlamaqda şübhəli bilinən Əli  Qasımzadə və Nurlan İbrahimov müəyyən edilərək saxlanılıb.

***

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlərlə paytaxt sakini olan bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Nəbi Muradov, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə bir qadının çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nagim Səlimov, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlərlə isə Xırdalanda yerləşən parkda bir qadının mobil telefonunu və pulunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fərhad Hüseynov müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN