booked.net booked.net  

Artıq bir ildir ki, nəzarət-kassa aparatı tətbiq edilməsi məcburi olan vergi ödəyicilərinin siyahısı genişləndirilib.

Bu barədə Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində qeyd edilib.

***

1 yanvar 2022-ci ildən tibb müəssisələri də nəzarət-kassa aparatı quraşdırılması məcburi hesab edilən obyektlər hesab edilir.

Bunu iqtisadçı ekspert Anar Bayramov bildirib.

O, qeyd edib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, tibb müəssisələrinin dövlət qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada aparılır.

Ekspert apteklərin tibb müəssisəsi hesab olunub-olunmaması və  nəzarət-kassa aparatı quraşdırılmasının məcburiliyi məsələsinə də aydınlıq gətirib.

“Apteklər lisenziya əsasında fəaliyyət göstərsə də, dərmanların pərakəndə satışını həyata keçirir, yəni hər hansı tibbi xidmət göstərmir. Bu səbəbdən də, apteklər pərakəndə satış fəaliyyəti ilə məşğul olduğundan nəzarət-kassa aparatının tətbiqi öncədən məcburi xarakter daşıyırdı”, - deyə o, diqqətə çatdırıb.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN