Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edilib... A.Sabitova bununla bağlı media nümayəndələrinə müraciət edib. Müraciətdə deyilir:
"Əziz və dəyərli həmkarlar, dostlar! Dünəndən sosial şəbəkələrdə və mediada ünvanıma xoş sözlər, arzular səslənir.
Sizlərə dərin təşəkkürümü bildirirəm!
Mən həqiqətən bu günlərdə Ədliyyə nazirliyindəki vəzifəmdən öz arzumla ayrılmışam.
Mənim üçün çox doğma olan Ədliyyə nazirliyinə fəaliyyətində davamlı uğurlar arzu edirəm.
Məlumat üçün deyim ki, mən yeni vəzifəyə təyinat almamışam, Azərbaycan Dillər Universitetində 1997-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğulam və fasiləsiz olaraq bu gün də bu sahədə fəaliyyətimi davam etdirirəm...".
A.Məmmədli