booked.net booked.net  

“...Bizim Baş Prokurorluqda da cinayət işləri üzrə nəhəng kağız qovluqlar dövrü tam olaraq arxada qalacaq.”

***

 Bu gün Baş Prokurorluqda  “Elektron cinayət işi” proqramının yenilənmiş versiyası və tam yeni “Elektron cinayət xəritəsi” proqramının Baş Prokurorluğun Binəqədi rayonundakı yeni inzibati binasında təqdimatı keçirilib.
“Elektron cinayət işi” proqramı Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən hazırlanmış ən funksional proqram olmaqla, ilkin araşdırma və ibtidai istintaqa cəlb edilmiş əməkdaşların işinin daha da asanlaşdırılması və səhvlərə yol verilməsinin qarşısının alınması məqsədilə əvvəlki proqram təminatının iş təcrübəsi və çatışmazlıqları, habelə daxil olmuş təklifləri nəzərə alınmaqla yaradılmışdır.

Tam yeni yazılmış və ölkənin İT təcrübəsində analoqu olmayan “Cinayət xəritəsi” proqramı vasitəsilə yaradılmış elektron xəritədə cinayətlərin baş verdiyi yerlərinin dəqiq koordinatları, törədilmə vaxtı, cinayəti törətmiş və zərərçəkən şəxslərə, cinayət işinin başlandığı maddəyə dair məlumatların, hadisə yerinin fotoşəkillərinin əks olunması nəzərdə tutulmuşdur. Göstərilən məlumatlar illərə, aylara, ərazilərə, maddələrə, cinayətkarın və cinayətin qurbanının yaş həddinə, cinsinə və digər xüsusatlar üzrə axtarış nəticəsinə əsasən əhəmiyyət kəsb edən cinayət hadisələrini elektron xəritədə göstərir.

***

"Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında təqdimatı keçirilən informasiya sistemləri barədə fikirlərini bölüşüb, təkliflərini verib.

“Bu sistemlər bütöv cinayət prosesini, yəni cinayət işinin başlandığı və məhkəməyə göndərildiyi müddətədək olan prosesi tam rəqəmsallaşdırmağa imkan verəcək. Bu sistemlər vasitəsilə cinayətlər, onun iştirakçıları, ekspertizalar, cinayət törədilən ərazilər, zərərçəkənlər və cinayət törətmiş şəxslər haqqında nəhəng data toplanacaq.

Yeni sistem “Elektron prokurorluq” və “Elektron məhkəmə” informasiya sistemlərinə, “Elektron hökumət” və digər dövlət informasiya sistemlərinə inteqrasiya olunub.

Yəni, prokurorluq artıq hansısa dövlət qurumuna sorğu vermək əvəzinə, zəruri məlumatı real vaxt müddətində elə həmin dövlət qurumunun informasiya sistemindən elektron formada ala biləcək”, - deyə bildirib.

Ekspert vurğulayıb ki, sistemin süni intellekt əsaslı rəqəmsal modulları mövcud dataları analiz etməklə müxtəlif qərarların qəbulu üçün prokurorlara kömək edəcək.

“Düşünürəm ki, yeni yaradılmış sistem şəffaflığın təmin edilməsi, prokurorların işinin asanlaşdırılması, sənədlərin saxtalaşdırılmasının qarşısının alınması, müxtəlif mənfi risklərin minimuma endirilməsi, nəzarət qurumlarının işinin daha effektiv qurulması və ümumiyyətlə qərarların qəbulunda çeviklik və effektivliyin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Son illərdə xarici ölkələrdə artıq süni intellekt əsasında "rəqəmsal prokuror"ların xidmətlərindən istifadə ilə bağlı məlumatlara rast gəlirik.

Böyük miqdarda cinayət işlərini, nəhəng dataları analaiz edən sünu inttelkt əsaslı proqramlar ittiham irəli sürə bilir.

Məsələn, Çində kredit kartları üzrə saxtakarlıq, oğurluq və dələduzluqlar üzrə, digər bu tip cinayətləq üzrə “rəqəmsal prokuror” ittiham irəli sürə bilir.

Beləliklə, düşünmək olar ki, bizim Baş Prokurorluqda da cinayət işləri üzrə nəhəng kağız qovluqlar dövrü tam olaraq arxada qalacaq. Prokurorluğun rəqəmsal transformasiyası bu qurumun qarşısında duran vəzifələri daha effektiv və çevik fromada reallaşdırmağa imkan verəcək”, - bildirib.

O, sonda “Düşünürəm ki, Baş Prokurorluq bütövlükdə prokurorluq sisteminin rəqəmsal transformasiyasının tərkib hissəsi olaraq, mövcud sistemləri gücləndirməklə, toplanmış materialları rəqəmsallaşdırmaq və böyük dataları emal etməklə süni intelekt əsası həllər yaradaraq bəzi cinayət işlərində “rəqəmsal prokuror”-dan istifadə edə bilər.

Ümid edirəm, yeni sistemdə cinayət prosesinin bütün iştirakçıları üçün, vəkillər üçün, ictimai nəzarəti gerçəkləşdirmək üçün açıq məlumatların əldə edilməsi imkanlarını da yaradacaqlar” fikirlərini də əlavə edib.

 

Y.MƏMMƏDLİ

  

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN