Ağsu rayonundan bir neçə çağırışda deputat olan, xeyirxahlığı və xeyriyyəçiliyi ilə tanınan  Ərəstun Cavadov dünyasını dəyişib...

Ərəstun Cavadovla şəxsi münasibətimiz olub. Olduqca təmkinli və əsl ağsaqqal missiyasını yerinə yetirən bir şəxs idi. Onun Şamaxı rayonunun Nağaraxana kəndində bağ evi var. Baxmayaraq kiş yay tətili günlərində istirahətə gələrdi, amma bu bağ evi ölkənin bir çox bölgələrindən gələn problemli insanların qəbul məkanına çevrilərdi. Hamıya da əl tutardı, probleminin həllinə nail olardı. Yəni, mən bunlatın şahidiyəm.

XXX

Ərəstun Cavadov 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. Evlidir, 1 övladı var.

O, Yeni Azərbaycan Partiyasının üzvüdür. III çağırışda Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan- İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

IV çağırışda Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olmuşdur. Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 
29 mart 2023-cü il tarixində dünyasını dəyişmişdir.

Allah rəhmət eləsin! 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA