İran hakimiyyəti Fars körfəzi yaxınlığında yeni paytaxt seçəcək.
Əvvəllər ölkə prezidenti iqtisadi səbəblərdən paytaxtın köçürülməsini açıqlamışdı.
TEZADLAR.AZ xəbər veriri ki, İran prezidenti Məsud Pezeşkian mətbuat konfransında yenidən İslam Respublikasının paytaxtının Tehrandan köçürülməsi məsələsini gündəmə gətirib.
O qeyd edib ki, İran rəhbərliyi paytaxtın Fars körfəzinə ən yaxın olan şəhərlərə köçürülməsini nəzərdən keçirəcək.
Dövlət başçısı bildirib ki, dünyanın böyük şəhərlərinin əksəriyyəti dəniz kənarında yerləşir. Pezeşkian əlavə edib ki, Tehran yaxınlığındakı zavodların əksəriyyəti xammalı körfəzdən gətirir.
O, əvvəllər də paytaxtın köçürülməsinin zəruriliyindən danışmışdı. Onun sözlərinə görə, bu, iqtisadi səbəblərə görə vacibdir, çünki Tehran bir çox problemlərlə üzləşir.
Qeyd edək ki, ərəb ölkələri Fars körfəzini Ərəb körfəzi hesab edirlər. İran, hətta bir neçə il bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində “Fars körfəzi” əvəzinə “Ərəb körfəzi” yazılması ilə əlaqədar Rusiyaya etiraz notası da göndərmişdi.
Əlavə edək ki, bu körfəz, türkcə Bəsrə körfəzi adlandırılır.
JASMİN