Bu ölkə yenə də PKK-çılara nəfəs verir...

Fransanın Marsel şəhərində şübhəli nümayiş keçirən PKK tərəfdarları Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuları “yad edərək” separatçı təşkilatın təbliğatını ediblər.

  TEZADLAR.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, "Festival" adı altında olan nümayişdə PKK tərəfdarları bölücü terror təşkilatının bayraqlarını daşıyıblar və özlərinə rəhbər olaraq gördükləri terrorist dəstənin başçısı Abdullah Öcalanın azad edilməsi yönündə şüarlar səsləndiriblər.

  Fransa Xarici İşlər Nazirliyi Anadolu Agentliyi müxbirinin “PKK-nın Avropa İttifaqı və Fransa tərəfindən terror təşkilatı kimi tanındığı halda təşkilata aid bayraqlarla terror təbliğatı aparılan bu nümayişə niyə icazə verildiyi” sualına hələlik cavab verməyib.

  Türkiyə Fransa prezidenti Emmanuel Makronun 2021-ci ildə bölücü terror təşkilatı PKK, PYD və YPG-nin nəzarətindəki şübhəli Suriya Demokratik Şurası üzvləri ilə görüşünü qınamışdı.

Qeyd edək ki, bir müddət əvvəl Fransa özü də terrorçulardan təngə gələrək PKK-ya savaş açdığını desə də, məlum olduğu kimi, bu ölkə, hər zaman Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçu qrupların, onların havadarlarının ən arxayınlıqla bədnam niyyətlərinin həyata keçirə bildiyi təhlükəsiz yerlərindən biridir.

Son baş verənlər isə  bu ölkədə hələ də PKK terrorçularının və havadarlarının rahat və təhlükəsiz şəkildə Türkiyə əleyhinə çalışmasından xəbər verir. Və nədənsə onların qarşısı alınmır. Halbuki Fransa sərhədlərindən çox-çox uzaqda yerləşən dövlətlərin daxili işlərinə qarışmağa çalışır, lakin öz sərhədləri daxilindəki başıpozuqluğu isə görmür, yaxud görməzdən gəlir...

 

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN