Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından dörd nəfərin adı məlum olub.  Tezadlar.az bildirir ki, sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının (İİR) xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Azərbaycana qayıtdıqdan sonra İİR xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İİR-ə səfərlər edib. İİR xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.
Hadisə zamanı deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğlu olub. O, 1986-cı ildə Ağdam rayonunda anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib, orada olduğu müddətdə İİR xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.
Dəstənin digər üzvləri: Əsgərov Elşad Tofiq oğlu – 1983-cü ildə Bakı şəhərində anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib. Məlum cinayətin törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib. Əliyarov Emin Rafiq oğlu – 1970-ci ildə Bakı şəhərində anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib. Məlum cinayətin törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.
*** 
Bu da son: cinayətkarlığın fəlsəfəsi budur ki, arxada mütləq bir iz qalır... Bu terrorda isə İran boyda iz qalıb...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA