İnanılmaz hadisə baş verib və Rusiya şokddaır...

Belə ki, pilotsuz təyyarələr Kremlə hücum edib, lakin Rusiyanın hava hücumundan müdafiə qüvvələri aciz qalıb... Tezadlar.az CNN-ə istinadla bildirir ki, indi ABŞ Kremlə hücum edən pilotsuz təyyarə ilə bağlı Moskvada baş vermiş insidenti araşdırmağa başlayıb. Bu barədə adının açıqlanmasını istəməyən amerikalı məmur CNN-in şərhində bildirib. Kanalın həmsöhbətinin sözlərinə görə, Kremlə mümkün dron hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq edilməyib. Sitat: "Nə olubsa da, əvvəlcədən xəbərdarlıq edilməyib" deyən rəsmi şəxs hələ də nə baş verdiyini anlamağa çalışdıqlarını bildirib. Kremlin mətbuat xidməti isə bildirib ki, Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahına “zərbə vurmağa cəhd edib”. Kreml hücumu “planlaşdırılmış terror aktı” və “Rusiya prezidentinin həyatına qəsd” adlandırıb. Prezident Zelenskinin sözçüsü Sergey Nikiforov isə bildirib ki, Ukraynanın Kremlə gecə vaxtı dron hücumları haqqında məlumatı yoxdur.

Bütün hallarda sual yaranır: gör Rusiya Ordusunun Hava Hücumundan Müdafiə Kompleksi nə gündədir ki, Kremlə dron hücumu baş verir??? Rəsmi Kreml əvvəlcə bu suala cavab tapmalıdır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA