...Bilmirəm bu ilin əvvəlindən Azərbaycana nə qədər turist gəlib və ya adambaşına neçə turist düşür, amma bu ilin birinci və ikinci rüblərində Gürcüstana 2 milyon 860 min 117 beynəlxalq səyahətçi səfər edib.

Niyə elə də bir güclü iqtisadiyyatı olmayan, əsasən də Azərbaycanın neft kəmərinin tranzitindən gələn gəlirlərlə başını dolandıran və başı siyasi qalmaqallardan sıngiməyən ölkəyə 6 ay ərzindı təxminən ölkə əhalisi qədər turist gəlir? Onları cəlb edən nədir? Turizmidən hər il böyük para qazanan Türkiyədə belə əhali sayı qədər turist qarşılanmır...  Gürcüstan Milli Turizm Administrasiyası isə məlumat yayıb ki, sözügedən göstərici pandemiyadan əvvəlki dövr baş verən azalmanın 74 faizini bərpa edib. Həmçinin məlumatda o, da qeyd olunur ki, 6 ay ərzində ölkəyə 1 930 483 beynəlxalq turist səfəri baş tutub.

 Azərbaycanın Gürcüstanla quru yollarının bağlı olduğunu nəzərə alsaq, deməliyik ki, bizim ölkədən hər il Gürcüstana istirahətə gedənlərimizin sayı da hımişə yüksək olub. Amma Gürcüstandan Azərbaycana gələn turistlərin sayı ölkəmizə bu ölkədən istirahətə gələnlərin heç on faizi də deyildi. Niyə? Çünki Azərbaycanda hələ də turizm siyasəti arzulanan deyil. 

"Təzadlar"ın əməkdaşlarının bunilki yay mövsümü başlayandan bəri ölkəmizin bölgələrindən əldə etdikləri məlumatlar bu və ya digər bütün suallara cavabdır. Bircə faktı deyək ki, Gürcüstanda ev turizmi yüksək səviyyədə təşkil edilib. Üstəlik, bölgələrdə ucdantutma 4 və ya 5 ulduzlu ötellər deyil, turistlərə bütün kateqoriyalar üzrə otellər təklifi vardır. Yəni, hər kəs cibinə görə otelini seçə bilir. Azərbaycanda isə vəziyyət başa düşülən deyil. Məsələn, adicə bir kotteclərdə sutkalıq yatıb-durma xərci 100 dollardan başlayıb 300-400 dollaradək gedib çıxır. Əcnəbiləri qoyuruq bir kənara, turist oteli gecələr yatmaq üçün seçir, gündüzlər isə meşəni, dağı, təbiəti gəzib-dolanır. Yaxşı, 10 günlük gecələməsi 1000 dollara başa gələn turistin məsələn, İsmayıllıda, Qəbələdə, Şəkidə... nə azarı var, həmin pula təyyarə ilə Gürcüstana gedib 20 gün yeyib-içib, gəzib gələ bilər... 

 Axı niyə biz bu sadə ticari qaydaları unudub bir mövsümə qaz vurub qazan doldurmaq istəyirik?! Turislərimiz də buna görə ölkəmizə az gəlir, gələn də bir dəfə gəlir, bir daha gəlmək istəmir... Deməli, siyasətimiz dəyişməlidir. Qiyməti ucuz edib onqat turist cəlb etmək yaxşıdır, yoxsa bahalı otel tikib od qiymətinə də menyu təklif edib cüzi qazanc əldə etmək?! 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA