...Əməlləri ilə özlərini tələyə salan, öz qazdığı quyuya özü düşən ermənilər indi də bu addımı atdılar ki, bəlkə kimsə səslərinə səs verə...

Məsələ belədir: ermənilər dünən Əsgəran- Ağdam yolunu beton plitələrlə bağlayıblar. Hansı ki, həmin yol 1989-cu ildən bağlı idi. İndi beton dirəklər, plitələr atılan ərazidə vaxtilə Sovet ordusu dayanıb Azərbaycan vətəndaşlarını Şuşaya, Laçına bir-bir buraxardı. 1991-ci ildə isə bu yol tamam bağlandı. Çünki ermənilərin təxribatları rus hərbçilərinin niyyəti ilə eynilik təşkil edirdi. 
 İndi də eyni addımı atırlar. Amma hamı bilir ki, Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolu 30 ildən çox bağlı idi, indi də bağlıdır. Bağlı qapının nəyini bağlayırlar? Görünür, erməni separatçıları anlayır ki, Azərbaycan əsgəri 30 illik bağlı qapını 44 günə açdısa, bu yolu 4 dəqiqəyə açacaq. Bax bu başqa məsələ. Səksəkədə olan Araik və ətrafı isə son dəfə saman çöpünə əl atıb... Amma özü də bilir ki, mənasız addımdır... Çunki lap yaxında Azərbaycan əsgərinin addım səsləri eşidilir... Burdan-bura bu səsi mən eşidirəmsə, Araik necə eşitməsin?!
Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA