...Uzun zamandır dəqiq tarixi fakt və mənbələrə istinad edilmədən Azərbaycan xalqının qəhrəmanlıq tarixinə adını həkk etdirmiş Qaçaq Nəbinin övladları (xüsusən də Qubadlı işğaldan azad olunandan sonra), son vaxtlar isə varisi barədə məlumatlar ortaya qoyulur... Jurnalist Asif Talıboğlunun aşağıda təqdim etdiyimiz yazısı bu və ya suallara xeyli aydınlıq gətirir. Həqiqətən də son vaxtlar adı tez-tez çəkilən MEHMET ELTURAN, əslində, kimdir?
"Mehmet Elturan kimdir, yaxud ZEYNƏB niyə kölgədə qalıb?
Bu günlərdə Qubadlı rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayon ictimaiyyətinə təqdim olunan türk vətəndaşı Mehmet Elturan böyük coşqu ilə qarşılananda fikirləşdim ki, ortaya elə bir sübut qoyulacaq ki, oradakı Mollu ziyalıları cınqırını cıxara bilməyəcək.
Çox təəssüf ki, belə olmadı, Vahid Ağayevdən başqa heç kim öz etrazını bildirmədi və odün üstünə su səpməyə çalışan Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı Malik İsakovun mövqeyindən çıxış edənlərin üzgörənliyi hadisələrin axarını dəyişdi.
"Yektilliklə" çapan vurub Mehmet Elturanı Xalq qəhrəmanları Nəbi ilə Həcər xanımın varisi kimi qəbul etdilər. Əslində, biz hadisələrin belə cərəyan edəcəyini qabaqcadan bilirdik. Ona görə də Mehmet Elturana verəcəyimiz sualları hələ təqdimetmə mərasimi başlamamış ortaya atdıq və çox güclü təpki ilə qarşılaşdıq... Hətta kəndimizdən olan ziyalılardan da bir neçəsi gözə girmək, xoşa gəlmək üçün bizə diş qıcadı... Və tələsik Mehmet bəyə xoş gəldin deyib, məddahlıq yarışında növbəyə dayandılar... Başçını tərifləməyə başlayanlar, arada Mehmet bəyə yüngülcə təzim edırək, "xoş gəlmisiz" -deyib, bu görüşü təşkil edənə sonsuz təşəkkür edib əyləşdilər.
 Mehmet Elturan isə dedi ki, Qəhrəmanlar sizindir, mənim onlarla yalnız qan bağlılığım var...
Maraqlıdır ki, Mehmet bəyin dediklərindən heç nə anlamayan ziyalıların da üzündə bir məmnunluq sezilirdi. Başçının zəhmi olmasaydı, Mehmet bəyin hər kəlməsinə çapan çalardılar.
XXX
Görüşdə ən maraqlı məqamlardan biri isə daim Mehmet bəyi müşaiyət edən və ondan bir addım belə aralanmayan Həçər Əkbərovanın bəzi məqamlarda inadkarlıqla susması oldu.
YERİ GƏLMİŞKƏN: Yazılı mənbələrdə və eləcə də Mollu kəndinin yaşlı sakinlərinin söykədikləri kimi, Nəbi öldürüləndən sonra Həcər xanım kəndə qayıdır və çar Rusiyasının təqiblərindən qurtarmaq üçün Həmzə adlı bir kişiyə ərə gedir. Bu izdivacdan Zeynəb adlı bir uşaq doğulur. Bunu Həcər Əkbərovanın babası Əliş kişi də, atası İlqar bəy də dəfələrlə təsdiq ediblər. Heç şübləsiz ki, Həcər Əkbərova da öz şəcərəsindən olan ulu babası Əlabbasın və babası Əlişin adını öz atası İlqardan çox eşidib.
Maraqlıdır, Mehmet bəy Zeynəbin Nəbinin qızı olduğunu, Həcər xanımın yanında gəldiyini deyəndə, nəticə Həcər niyə etiraz etmədi, demədi ki, mən Zeynəblə Əlabbasın izdivacından doğulan Əliş kişinin oğlu İlqarın qızıyam.
... Bu "niyələr" deyir ki, mal bir yana, iman min yana...
Mənimsə ilk ağlıma gələn Həcər Əkbərovanın özünü Həmzənin yox, məhz Xalq qəhrəmanı Qaçaq Nəbinin varisi kimi göstərmək iddiası oldu. Əgər belə deyilsə və Həcər Əkbərova başqa fikirdədirsə, onun da fikirlərini işıqlandırmağa hazıram.
 Mollu kəndində hamı bilir ki, Həcər Əkbərovanın babası Əliş kişinin atası Əlabbas Zeynəbdən sonra yenə evlənib və nəvələri bu gün də yaşayırlar. Əliş kişi isə Əlabbasın Zeynəbdən olan yeganə övladıdır.
da5acae9-8443-4898-b16e-ba0055f75c11
YERİ GƏLMİŞKƏN: Qəhrəman Həcərin ailə həyatı qurduğu Həmzə Molluda sayılıb-seçilən bir kişinin, Kərbəlayi İsmayılın oğlu olub.
Qocaların dediyinə görə Həmzə şair təbiətli bir kişi olub və yaxşı saz calmağı, oxumağl, məclislər yola salmağı varmış...
Həmzənin qardaşı Kərbəlayi Qafardan isə Əliş və Məmiş adlı iki ovlad doğulub.
Məmiş kişinin oğlu İxtiyarın övladları Əliağa İnşallah, İsmayıl və Validə hal-hazırda qaçqınlıq həyatı yaşayırlar.
Bəli, yaxşı deyiblər ki, cidanı çuvalda gizlətmık olmaz.
Qaçaq Nəbinin Həcər xanımdan övladının olması heç bir tarixi mənbədə öz təsdiğini tapmayıb.
Mollu kəndnin də nə yuxarısında, nə də aşağasında bu günə kimi heç kim Xalq qəhrəmanları Nəbi ilə Həcərin övladlarının olması barədə heç nə eşitməyiblər.
Belə olan halda, uzaq Avstraliyadan gələn və əlində heç bir rəsmi sənədi olmayan Mehmet Elturan bəyi bəhbəhlə Xalq qəhrəmanları Qaçaq Nəbi ilə Həcər xanımın varisləri kimi bizə dövlət səviyyəsində təqdim etmək kimə və nəyə lazımdır, yaxud, hansı məqsəd daşıyır?
Bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki bu qaranlıq məqamların arxasında gizlənənləri hələlik görmık mümkün deyil.
Əgər Həcər Əkbərova bu gün Həmzənin yox, məhz Qaçaq Nəbi ilə Həcər xanımın nəticəsi kimi gündəmdə qalmaq istəyirsə, yaxud  Nəbinin Həcər xanımdan üç övladı olduğunu dəlilsiz-sübutsuz "isbatlamağa" çalışan türk vətəndaşı Mehmet Elturan Azərbaycanda belə təmtaraqla qarşılanırsa, bizim xəmirimiz hələ çox su aparacaq...
EPİLOQ ƏVƏZİ: Mehmet Elturan bəyin- "Benim ulu babam Nabi və nenem Hacerle kan bağlantım var"-deyərkən dəyirmi masada əyləşən ziyalıların gurultulu alqışlarını bu dəfə qapının ağzından aydınca eşidilən cingiltili bir səs dayandırdı: "Muşduluğumu verin, Nəbinin bir övladı da tapılbı...". Bu dəfə isə nədənsə heç kim əl çalmadı...
Niyəsini zaman göstərəcək...
Ardı var...".
"Təzadlar"
(Ön səhifədəki fotoda: Mehmet Elturan).
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA