Xəbər verildiyi kimi, bu gün erməni cinayətkarların Qarabağda törətdiyi terror əməli ilə 4 polis əməkdaşı və 2 mülki vətəndaşımız həlak olmuşdur...

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a göndərilən rəsmi açıqlamadan da məlum olurdu ku, bu gün sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində AAAYDA əməkdaşlarının az əvvəl terror nəticəsində öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edirmişlər. Bu zaman saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş mina partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar. 

 Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb. 

*** 

"Təzadlar"ın erməni terrorçularının bu günkü cinayət əməli barədə xəbəri Türkiyənin anadoluyakasihaber.com saytında yayımlanıb.

Qeyd edirik ki, Türkiyənin 40-a yaxın tanınmış jurnalist, yazıçı, hüquqşünas və hərbi mütəxəssisləri adı çəkilən saytda köşə yazarıdır. Həmçinin "Təzadlar"ın baş redaktoru Asif Mərzili də köşə yazarları sırasındadır.

Aşağıda həmin yazının linkini təqdim edirik:

https://anadoluyakasihaber.com/ermeniler-qarabagda-terror-toretdi-6-nefer-helak-oldu.html

Elbar ŞİRİNOV
mina-part

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA