Paytaxt Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz olaraq təşkil olunan aksiya, bu gün də davam edib.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, parlament binasının qarşısına toplaşmış nümayişçilər hakim "Gürcü Arzusu" partiyasının bu gün parlamentdə qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz ediblər. Aksiya iştirakçıları parlamentin qarşısındakı Rustaveli prospektini avtomobillərin hərəkəti üçün bloklayıblar. Nümayişçilər “Avropaya bəli!”, "Rusiya qanunu yox”, "Qullar", "Yaşasın Gürcüstan" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin ətrafına səfərbər olunub. Etirazçılar aksiyanın sonunda bildiriblər ki, iyunun 2-də saat 20:00-da “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı növbəti genişmiqyaslı mitinq keçiriləcək.

Ötən gün isə Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə prezidentin veto qoymasını dəf edib. “Gürcü arzusu” fraksiyasının təqdim etdiyi və Salome Zurabişvilinin veto qoyduğu layihə 84 səslə qəbul edilib. 

Prezident isə bu dəfə xalqa səslənərək başabəla qanun layihəsinə görə referendum keçirilməsini zəruri hesab edib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA