Emin İbrahimov Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə şübhəli bilinir.

Tezadlar,az xatırladır ki, bu barədə Turan- a vəkil  Aqıl Layıc bildirib. İ.İbrahimov deyib  ki, iyulun 22-də axşam saatlarında “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında naməlum şəxs ona hücum edib və sonra mülki geyimli şəxslər  peyda olub. Sonra Pokis İbrahimovu saxlayaraq Nizami RPİ 24-cü bölməsinə aparıblar. Orada ona qarşı elektroşokerden istifadə olunub ki, o telefonunun kodunu desin.

xxx
Sabiq diplomatın yaxlnları isə Turan- a onu da deyib ki, axşam saatlarında o zəng edərək Bakının Nizami rayon Polis İdarəsində olduğunu deyib: "Dedi ki, onu saxlayıblar. Güya adam bıçaqlayıb. Amma özü bunun olmadığını və günahsız olduğunu deyib". Vəkil Aqil Layıc da məlumatı təsdiqləyib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də xəbəri təsdiqləyiblər. Bildirilib ki, 1981-ci il təvəllüd Emin İbrahimovla 1987-ci il təvəllüd vətəndaş şəxsi zəminində mübahisə yaranıb: "Nəticədə E.İbrahimov vətəndaşa bımaqla xəsarət yetirib. E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA