119 saylı Ağdam Seçki Dairəsindən Deputatlığa namizəd Asif Mərzilinin seçicilərlə görüşləri davam edir...

Dünən növbəti belə görüş "Quzanlı- 1" köçkün qəsəbəsində baş tutdu. Məcburi köçkünlərin çoxsaylı təklif və arzularını dinləyən deputatlığa namizəd onlara seçkidə fəal olmağı xahiş etdi: "Bilin ki, bu dəfə səsinizin oğurlanmasına yol verilməməsi üçün biz də əlimizdən gələni edəcəyik... Amma çox şey sizdən asılıdır, seçkiyə gəlin, səs verin... Təəssüf edirəm ki, hələ də bir çoxlarında "Onsuz da qutudan Filankəs çıxacaq" kimi arzuolunmaz təsəvvürlər vardır. Əminliklə deyirəm ki, bu dəfı elə bir cəhd yoxdur...".
Seçicilər Asif Mərziliyə elliklə səs verəcəklərini dedilər, təklif və arzularını bildirdilər... Onlar qəsəbənin yol probleminin həllinə bir jurnalist kimi kömək etməsini Asif Mərzilidən xahiş etdilər: "Ağdamın Yol İstismar İdarəsinin Mahir adlı rəisi var. Ağdam Ağcabədi yolundan qəsəbəyə dönəndə, təxminən 600-700 metrlik məsafədı rəisin bağ təsərrüfatı və istirahət mərkəzi var, ora qədər yolu təmir etdirib, amma qəsəbəyə qədər olan yol uzun illər dağılmış vəziyyətdədir... "Azəravtoyol"un rəhbəri hörmətli Saleh Məmmədiva səsimizi çatdırın ki, Mahir müəllim bəlkə də hər il bu yolun təmirinə pul silir, amma yolumuz keçilməzdir, dözülməzdir...".

Asif Mərzili yolun təmirinə dəstək verəcəyinə söz verdi...
Elçin Məmmədli

010d8cfa-e9fb-4662-9967-31234b5a0fd6

e75f6cd5-117f-4a6d-bdca-3e5e3b29c156

220c9636-cd43-4f1a-8f1f-c2cd064e7dff

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA