Həm seçki təbliğatı zamanı yol verilən ciddi qanun pozuntuları, həm də səsvermə günü baş vermiş qanunsuzluqlar bunu deməyə əsas verir…

"Deputatlığa namizəd Asif Mərzilinin mənə təqdim etdiyi maddi sübutlar və digər faktlar seçkidə qalib kimi təqdim olunan Bəxtiyar Həmzə oğlu Əliyevin seçki nəticələrinin birmənalı olaraq ləğvini ehtiva edir…".

Bu barədə tanınmış vəkil İkram Abdullayev "Təzadlar"a açıqlamasında bildirdi. "Faktlar ciddidir. Əvvəla, B.Əliyev Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevlə və ərazi icra nümayəndələrinin iştirakı ilə seçki təbliğatında inzibati resurslardan sui-istifadə edib, qanunu pozub. Bu isə Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərinin ciddi şəkildə pozulmasıdır. Şikayətçi deputatlığa namizəd Asif Mərzili Prezident cənab İlham Əliyevə, Baş Prokurorluğa, Mərkəzi Seçki Komissiyasına şikayət edib, amma maraqlıdır ki, hələ də lazımi addımlar atılmayıb. Şikayətçi namizədin mənə təqdim etdiyi foto və videogörüntülər nöqsanları bir daha təsdiqləyir. Eləcə də A.Mərzilinin müşahidəçilərinin xüsusi texniki vasitələrlə apardığı qeydlərdən məlum olur ki, qanunun tələbləri seçki günü də kobud surətdə pozulmuşdur. Məsələn, 4 saylı məntəqəyə 121 seçici gəlibsə, qutudan 545 bülleten çıxıb. 1 saylı məntəqəyə 224 seçici daxil olubsa, qutudan 596 bülleten çıxıb. 42 saylı məntəqəyə 272 seçici daxil olubsa, qutudan 400 bülleten çıxıb. 15 saylı məntəqəyə 58 seçici gəlibsə, qutudan 490 bülleten çıxıb, 36 saylı məntəqəyə 135 seçici gəlibsə, qutudan 351 bülleten çıxıb. Hətta 21 saylı məntəqədə məntəqə üzvlərinin qutuya qanunsuz olaraq bülleten doldurması MSK-nın öz kameraları ilə qeydə alınıb, görüntülər hər yerdə yayılıb... Üçoğlan kəndindəki 15 saylı məntəqədə isə məntəqə sədri Asəf Əsədov, üzvlər- Hilal Quliyev və Yusif adlı şəxs qutuya topa-topa bülleten atırlar, bu isə müşahidəçilər tərəfindən videokadrlara çəkilib. Və sair…  Demək olar bütün məntəqələrdə eyni qanunsuz hal baş verdiyi bildirilir. Qutudan çıxan artıq bülletenlərin hamısı Bəxtiyar Həmzə oğlu Əliyevin xeyrinə atılıb. Məntəqələrə quraşdırılmış əksər kameralar da bu məqsədlə söndürülüb, yaxud üzü bağlanılıb. Bunlar yolverilməzdir…".

Vəkil onu da bildirdi ki, hazırda məhkəməyə şikayət hazırlanır və sübutlar məhkəməyə təqdim olunacaq. "Daha ciddi fakt: seçki qanunvericiliyini pozan İH başçısının müavinidir, onun oğlu Seçki Dairəsinin sədridir, qızı isə, yəni, Dairə sədrinin bacısı isə 50 saylı məntəqənin sədridir... Bu nə deməkdir??? Biz paralel olaraq hüquq mühafizə orqanlarına da müvafiq sənədlər hazırlayırıq", - deyə İ.Abdullayev qeyd edib.

"Təzadlar"

***

https://www.tiktok.com/@haqqogrulari/video/7410125642165013780?_r=1&_t=8pPVMnE0nZJ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA