Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MərkəzləşdirilmişKitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi KitabxanasındaYaşıl dünya naminə həmrəylik iliilə

əlaqədar həyata keçirilənTəbiətəvaleh olanlarBeynəlxalq layihə uğurla davam edir.

Layihənin bugünkü qonağı yazıçı, Belarusun Milli Ədəbiyyat, mükafatçısı, Belarus Həmkarlar Federasiyasının mükafatları laureatı, Şuşaşəhərinə virtual səyahət hekayəsindən oxuculara tanış olan Yelena Stelmaxdır.

Hekayə təbiətin insanın ayrılmaz hissəsi olan meşəyə həsr olunub.Xalqın ruhunu bilmədən əvvəl onun yerləşdiyi yerin təbiətini öyrənməklazımdır. Hündür, qayalı dağlar əsrlər boyu orada yaşayan insanların həyatfəlsəfəsidir hüdudsuz, coşqun okeanfərqli bir varlıq hissidir.

Müəllif yazır ki, meşəni bütün zamanlarda qoruyan, qidalandıran müalicə edən varlıq olmuşdur. Belarusiyada meşənin yaşıl məbədadlandırılması ona sitayiş etməsi boş yerə deyil. Belarusun özü isə yaşıl mavi gözlü adlanır (orada çoxlu dibsiz göllər dolanan çayları var).Təbiətin bu harmoniyası qədim zamanlardan insana xidmət etmişdir.

Müəllif qürurla meşəni vətənpərvər adlandırır, çünki Böyük Vətənmüharibəsi illərində meşə partizanları, dinc əhalini, əsgər zabitləri, hərbiəsirləri xilas edib. Y.Stelmax müharibə zamanı Belarus ərazisindəvuruşmuş qəhrəman azərbaycanlı partizanlarının adlarını sadalayır onların minə yaxın olduğunu qeyd edir. Müəllif ürək ağrı ilə müharibəninmeşəyə gətirdiyi iztirablardan yazır.

Meşəyə heyran olan müəllif Belarus xalqının bakirə qüruru olanBelovejskaya Puşasından da bəhs edir.

"Belarus meşəsiBelarusun taleyi" hekayəsi bu keçiddə yerləşdirilib:

https://drive.google.com/file/d/1U_bUcTKX8AuWYtE3n7C04IffT0lKRIT/view?usp=drivesdk

 Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN