İranla münasibətlərdı yeni mərhələ başlayıb və bu hər iki ölkənin strateji maraqlarına uyğun olmalıdır...

Elə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehranda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşü də bu mahiyyətlidir. tezadlar.az Nazirlər Kabinetinin saytına istinadla bildirir ki, bu barədə məlumatı həm də İRNA agentliyi yayıb. Məlumatda bildirilir ki, F.Sadiq Azərbaycanla əlaqələrin İran üçün çox önəmli olduğunu bildirib. O, 16-cı Azərbaycan-İran Birgə İqtisadi Komissiyanın iclasının tezliklə Tehranda keçirilməsini təklif edib. Sitat: “Biz Şimal-Cənub dəhlizinin inkişafında dönüş nöqtəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə başlamışıq. Bu dəmir yolu infrastrukturunun inkişafında Azərbaycanın əməkdaşlığı çox vacibdir. Bundan əlavə, iki ölkə arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlanmalıdır”.

Qeyd edək ki, Ş.Mustafayev oktyabrın 14-də Tehranda İran Prezidenti Məsud Pezeşkianla da görüşüb.

Beləliklə, İranda da başa düşürlər ki, iki ölkə arasında münasibətlərin vı yeni əlaqələrin qurulması dünyanın indiki narahat vaxtında çox vacibdir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN