Bu dəqiqələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində,

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans öz işinə başlayıb. "Təzadlar"ın əməkdaşı Elçin Məmmədlinin də qatıldığı konfransda dünyanın su təhlükəsizliyi və sudan maksimum qənaətlə istifadə məsələləri müzakirə ediləcək. Həmçinin Azərbaycanın nümunəsində təkliflər səsləndiriləcək.

Daha ətraflı yazı təqdim ediləcək.

XXX 

...Konfrans açıq edlan edilib və Energetika nazirinin müavini Elnur Soltanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri Hicran Heseynova, ADA universitetinin prorektoru, MM- nin elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, BMT -nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasir Hayat,  Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Hamlet Əliyev çıxış ediblər.

Hazlrda 30 dəqiqəlik fasilə elan edilib. Sonra panel iclaslarda müzakirələr davam etdiriləcək .

Y.Məmmədli

img_5026 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN