Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və 66 yaşlı iki qadın bu barədə polisə müraciət edib: "Onların 8000 manat və 9530 avro pulunun eyni üsulla ələ keçirildiyi məlum olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir."

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN