Turizm zonalarında iri müəssisələrin fəaliyyəti qadağan edilir.
TEZADLAR.AZ xəbər veriri ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
O, qeyd edib ki, “Turizm haqqında” Qanuna edilən dəyişikliklər bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında ikinci oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olundu.
Vüqar Bayramovun sözlərinə görə, bundan sonra turizm zonalarda kimya sənayesi, metallurgiya, nüvə energetikası, məişət tuallantılarının zərərsizləşdirilməsi və email müəssisələrin fəaliyyəti qadağan olunacaq.
"Yeni dəyişikliklərə əsasən, turizm və rekreasiya zonalarında iri sənaye müəssisələrin fəaliyyəti qadağan ediləcək. Bununla da, həmin zonalarda kimya sənayesi, metallurgiya, nüvə energetikası, məişət tuallantılarının zərərsizləşdirilməsi və email müəssisələrin fəaliyyəti qadağan olunacaq.
Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli qərarı ilə “Xızı-Xaçmaz”, “Quba” və “Qusar” Turizm və rekreasiya zonasının sərhədləri təsdiq edilib. İşğaldan azad olunan Kəlbəcərin yüksək turizm resurslarından səmərəli istifadəsi məqsədilə “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. Kəlbəcər rayonunda 5 Turizm və rekreasiya zonasının yaradılması təklif olunur. Bu o deməkdir ki, yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzurun turizm potensialından sıx şəkildə istifadə olunacaqdır.
Bütövlükdə, son dəyişikliklər ətraf mühitin qorunması və sağlamlıq turizmin inkişafı baxımdan vacib hesab olunur", - deyə bildirib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN