Bu ilin oktyabrın 10-dan 13-dək Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanmış "Azərreyl" klubunun qadın və kişilərdən ibarət komandaları Vətənə qayıdıblar.

Tezadlar.az bildirir ki, Azərbaycanın çimərlik voleybolçularını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Hava limanında voleybolçuları Azərbaycan Voleybol Federasiyasının nümayəndələri, ictimaiyyət nümayəndələri, jurnalistlər, idman azarkeşləri qarşılayıblar.

Onu da deyək ki, oktyabrın 13-də "Azərreyl" klubunun kişilərdən ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb. Bakı təmsilçisi həlledici matçda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandası ilə qarşılaşıb. İki görüşün birində "Azərreyl" (2:1), digərində İspaniya təmsilçisi (2:1) qalib gəlib. Qalibi müəyyənləşdirmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunda çempion adına yiyələnib.

"Azərreyl"in qadınlardan ibarət komandası da Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb. Turnirdə 16 klub mübarizə aparıb.

Azərbaycan döyüş meydanında qalibdir... Voleybolçularımız da idman meydanlarında! Bu nə qədər qürurludur!

RAMİZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN