Şüvələn Ağır Atletika Akademiyasında gənclər və böyüklər arasında pauerliftinq üzrə Azərbaycan kuboku keçirilib.

Tezadlar.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Əli Əsgərov benç press növündə 100-dən artıq idmançının mübarizə apardığı ölkə çempionatında növbəti dəfə qızıl medalın sahibi olub.

Titullu idmançı 188 kiloqramlıq ağırlığı qaldırmaqla 8 rəqibini geridə qoyub.

Qeyd edək ki, Əli Əsgərov güc idman növləri üzrə (benç press) dünya, Avropa, Avrasiya, Azərbaycan və dünya səviyyəli yarışların qalib və mükafatçısıdır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN