Oktyabrın 12-13-də Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya turniri keçirilib.

TEZADLAR.AZ idman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan cüdoçuları yarışda 1 qızıl və 3 bürünc medal qazanıblar.

Yarışın ikinci günündə cüdoçularımız 3 medal qazanıblar. Kişilər arasında Elcan Şəfiyev (81 kq), Camal Feyziyev və Eldar Əliyev (hər ikis +100 kq) bürünc medal əldə ediblər. Yarışın ilk günündə Murad Murdalı (60 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda və kişilər arasında isə 3-cü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN