"Gəlin Gürcüstanda demokratiya və onun Avropa İttifaqına gedən yolu üçün həlledici sınaq olacaq növbəti parlament seçkilərini gözləyək”.

Tezadlar.az bildirir ki, bu sözləri Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell, Lüksemburqda Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, xarici işlər nazirləri Moldova və Gürcüstanda planlaşdırılan seçkiləri müzakirə ediblər: “Hazırda Gürcüstanda hakim partiyanın son hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni Avropa yolundan uzaqlaşdırır və avtoritarizmə keçidə işarə edir. Məhz buna görə də Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb. Bilirsiniz ki, Komissiya Avropa maliyyələşdirməsinə çıxışla bağlı qərarlar verir. Gəlin Gürcüstanda demokratiya və onun Avropa İttifaqına gedən yolu üçün həlledici sınaq olacaq növbəti parlament seçkilərini gözləyək”, - deyə Cozep Borrell qeyd edib. Məlumat üçün bildirək ki, bu gün Lüksemburqda Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Beləliklə, Gürcüstan yol ayrıcındadır: sağda Rusiya, solda Avropa, irəli yol bağlı, geriyə isə yol yoxdur... Bəs nə etməli? Rusiyaya meyillilik ölkəni belə çətin siyasi duruma saldı...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN