Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın təcavüzünə qarşı çıxmaq üçün Ukraynaya daha çox öldürücü silah göndəriləcəyini bildirib.

Tezadlar.az bildirir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni çatdırılma artilleriyadan ibarət olacaq. "Bu gün Ukrayna daha çox ölümcül yardım alacaq. Bir sıra ölkələr ya yeni ideyalar, ya da böyük pul vədləri ilə çıxış ediblər", - o deyib. Uolles həmçinin bildirib ki, Rusiya Ukraynaya müdaxilə nəticəsində “kiçik ölkəyə” çevrilib. "Prezident Putin artıq əvvəlki qüvvə deyil. İndi o, özünün qurduğu qəfəsdəki adamdır" deyə əlavə edib. Nazir deyib ki, Rusiya qüvvələri görünür, yenidən qruplaşır və diqqətlərini Ukraynanın cənub və şərqinə yönəldirlər. "Biz bunu əvvəllər də görmüşük. Vəziyyət həmişə pisləşir. Bu, mülki şəxslərə qarşı daha çox hücumlara səbəb olur".
Xatırladaq ki, az əvvəl Britaniya kəşfiyyatı yaxın günlərdə Kiyev yaxınlığında şiddətli döyüşlərin baş verəcəyini bildirmişdi. Bu gün axşam saatlarında isə Kiyevin mərkəzinə yaxın ərazilərdə iki partlayış olub. Bu barədə CNN-Türk-ün müxbiri Kiyevdən canlı yayımda ikən xəbər verdi.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN