FTX Krımda UTX agenti olan qadını Xerson vilayətində casusluqda ittiham edərək saxlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.

“2001-ci il təvəllüdlü Ukrayna vətəndaşı Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinə ötürdüyü üçün saxlanılıb. Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, Xerson vilayətinin sakini fəal şəkildə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqə yaradıb və kuratorun göstərişi ilə Telegram internet messencerində Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin Xerson vilayətində yerləşdirilməsi məntəqələrinin yeri barədə məlumat toplayıb və göndərib”, - İƏM məlumat yayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN