Səyahəti sevənlərin diqqətinə çatdıraq ki, Azərbaycanın ən böyük ornitoloji məkanı kimi tanınan Qızılağac Milli Parkında maraqlı tədbir keçiriləcək.

Xəzər dənizinin cənub-qərbində yerləşən, unikal ekosistemi ilə fərqlənən Qızılağac Milli Parkının yaranması günü ilə əlaqədar sentyabrın 26-da milli parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

TEZADLAR.AZ xəbər veriri ki, “Ümumdünya Dəniz Günü”nə təsadüf edən bu tarixdə Lənkəran, Masallı və Neftçala rayonlarını əhatə edən, zəngin təbii landşafta, özünəməxsus ekosistemə malik olan və ölkənin ən böyük ornitoloji məkanı kimi tanınan Qızılağac Milli Parkında maraqlı tədbir keçiriləcək.

Qeyd edək ki, Qızılağac Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə yaradılıb.

Məlumat üçün bildirək ki, Qızılağac Milli Parkının sahəsi 99060 hektardır. Bu ərazi Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlar (10390,89 hektar), Neftçala ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından ayrılan ərazi (309,11 hektar) və Qızılağac Dövlət Təbiət Qoruğunun (88 min 360 hektar) bazasını əhatə edir.

Ərazisində şanagülə, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq şoğanı, iyli yovşan, meyer yovşanı, qarağan,gəngiz, şahsevdi, sarıbaş və s. bitkilərə rast gəlmək olar. Milli parkda 4 növ az yayılan və 3 növ Qafqaz endemik bitkisi (yalnız Qafqaz regionunda rast gəlinən) – hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki – buruncuqlu turp kimi bitkiləri var.

Eyni zamanda, su-bataqlıq quşları, çöl donuzu, canavar, gürzə və s. heyvanlarına rast gəlmək olar.Qamışlıq pişiyi, flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək, və s. yaşadığı heyvanat aləmi var

Tarixi yerləri ziyarət etmək istəyənlər üçün də çox maraqlı ərazidir.

Burada "Şeyx Zahid" türbəsi, Tarix-diyarşünaslıq muzeyi, Xalq sənətkarlığı şəhərciyi, "Xəlifə" türbəsi, "Dairəvi qala” (“Zindan”) memarlıq abidəsi, Mirəhməd Xanın evi, Lənkəran Mayakı movcuddur.

"Açıq qapı" günündən istifadə etməklə bir çox məkanları ziyarət etmiş olarsınız.

 

 

JASMİN

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN