Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə mövsümə yekun vurulub.

Tezadlar.az xəbər verir ki, Dünya Seriyasının final mərhələsində ölkəmizi Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) təmsil edib.

Ramiz Həsənov A qrupunda fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0) və serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda Xristoforidis Xristosdan güclü olub – 2:0. Finalda moldovalı Vasile Diakona (0:2) məğlub olan Həsənov final mərhələsini gümüş medalla başa vurub.

İbrahim Yusubov da A qrupunda yer alıb və bu mərhələni maksimum nəticəylə başa vurub. Təcrübəli güləşçimiz moldovalı Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Oleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən Yusubov finalda yenidən Kapatinayla qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn (3:1) İbrahim final mərhələsində qızıl medal qazanıb.

Yarış başa çatdıqdan sonra Dünya Seriyasının bütün mərhələlərinin xalları toplanıb və dünya mükafatçıları müəyyənləşib. Ramiz yekun nəticəyə əsasən, dünya ikincisi olub. İbrahim isə titulunu növbəti dəfə qoruyub və 3-cü dəfə dünya çempionu olub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN