Ermənistanın siyasi rəhbərliyinin ikiüzlü siyasəti tarixi faktdır...
İndi bu siyasəti Paşinyan davam etdirir. Elə Azərbaycan Prezidenti İlham Əliyev də "Hazırkı şəraitdə diqqət daha çox Azərbaycan və Ermənistan arasında ikitərəfli müstəviyə cəmlənib", -deyərək qeyd edib ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.
Prezident İlham Əliyev bu mənada Ermənistan hökumətinin, yəni dəqiq desək, Paşinyanın “...bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.
Bütün hallarda, Ermənistanın siyasi elitası və siyasi rəhbərliyi bir daha bilməlidir ki, ortada iki yol var: ya sülh, ya da...
Sonrasını 44 günlükdə gördülər!
A.Məmmədli